Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qızılın qiyməti rekord ardınca rekord qırır - DAHA DA BAHALAŞDI

Baxış: 308
Qızılın qiyməti rekord ardınca rekord qırır - DAHA DA BAHALAŞDI
Qlobal bazarlarda qızıl ABŞ Mərkəzi Bankının (FED) bu il faiz dərəcələrini azaldacağına dair proqnozlar ilə bahalaşır. 
Sahibkartv.az xəbər verir ki, qızılın kəskin bahalaşması davam edir və bu gün yenidən rekord qırıb.

Külçə qızıl əvvəlki altı seansda təxminən 7 faiz dəyər qazanıb. Bu gün bir unsiya qızılın qiyməti 2167 dolları görüb.
Son bir ildə qızıl 18 faizdən çox bahalaşıb. 
FED sədri Jerome Powell Çərşənbə günü faizlərin azaltmağa başlamağın məqsədəuyğun olacağını söyləyib. 
Citigroup növbəti üç ay üçün qızılın qiyməti üzrə proqnozunu bir unsiya üçün 2200 dollara, növbəti 6-12 ay üçün proqnozunu isə 2300 dollara yüksəldib. 
Aşağı faiz dərəcələr qızılın cəlbediciliyini artırır. Adətən FED faizlərini azaldan zaman Dollar ucuzlaşır. 
Geo-siyasi qeyri-müəyyənlik fonunda mərkəzi bankların qızıl alışını davam etdirəcəyi gözlənilir. Çin iqtisadiyyatının yavaşlaması da qlobal iqtisadi artımı cilovlayacaq. Beləliklə, qeyri-müəyyən maliyyə mühitində qızıl banklar və investorlar üçün təhlükəsiz investisiya olaraq qalacaq. Bu amillər ilə əlaqədar olaraq da qızıl bahalaşır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.