Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Yaponiyada Pilotsuz Kombaynlar Kənd Təsərrüfatında İnqilab Yaradır
17:39 / 21-02-2025
Argentinada Fındıq İstehsalı Üçün Yeni Genetik Növlər Sınaqdan Keçirilir
17:30 / 21-02-2025
Hindistanda Ekoloji Təmiz Süd Məhsullarına Maraq Artır
17:13 / 21-02-2025
Meksikada Kaktusdan Dəri Hazırlayan Startap Beynəlxalq Bazara Çıxır
16:44 / 21-02-2025
Rusiyada Aqrotexnologiya Sahəsində Yeni Sərmayələr Yatırılır
16:15 / 21-02-2025
Rubio: Tramp dövründə İran nüvə silahına malik olmayacaq
16:00 / 21-02-2025
Almaniya Bioloji Gübrələrə Keçid Edir
15:46 / 21-02-2025
Hava bu tarixdə düzələcək - RƏSMİ
15:30 / 21-02-2025
Cənubi Koreyada Gələcəyin Smart Fermer Təsərrüfatları Tikilir
15:00 / 21-02-2025
Putinin aqressiv davranışlarının səbəbkarı Tramp deyil - ŞƏRH
14:22 / 21-02-2025
Evdən çıxmasanız, yaxşıdır! - Hava daha da pisləşəcək
13:48 / 21-02-2025
Azərbaycanda yeni qurum yaradıldı
13:43 / 21-02-2025
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
13:09 / 21-02-2025
Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlandı
12:48 / 21-02-2025
AYNA: Avtobusların hərəkətində gecikmələr var
12:33 / 21-02-2025
Pezeşkiandan Trampa Azərbaycanca mesaj: “Tülkü kölgəsində yatma...”
12:21 / 21-02-2025
Yol polisi hava şəraiti ilə bağlı piyadalara müraciət edib
12:04 / 21-02-2025
Azərbaycan Prezidenti Hulusi Akarı qəbul edib
11:59 / 21-02-2025
Hazırda respublikanın avtomobil yollarında vəziyyət necədir?
10:42 / 21-02-2025
"Azərbaycanda 30 il ərzində təxminən 2000 qadını işə götürmüşük" - MÜSAHİBƏ

EY Azərbaycan şirkətinin İnsan Resursları Departamentinin Rəhbəri Samirə Şabanova ilə şirkətin gender bərabərliyinə, qlobal, eləcə də xüsusi olaraq Azərbaycanda qadınların səlahiyyətlərinin artırılmasına dair öhdəlikləri haqqında danışdıq.
- Qadınlar dünya əhalisinin yarısını təşkil edir. Biz cəmiyyət olaraq onların ədalətli şəkildə təmsil olunmasını və cəmiyyətimizin problemlərinin həllində yer almasını necə təmin edə bilərik?
- Qlobal məsləhət və audit şirkəti EY hesab edir ki, kiçik hərəkətlər həqiqətən fərq yaradır. Şirkət təkcə biznes ictimaiyyətini deyil, hamını öz töhfəsini verməyə və başqalarına nümunə göstərməyə təşviq edir.
EY-də biz gender bərabərliyinə və qadınların səlahiyyətləndirilməsinə çox ciddi yanaşırıq. Bunlar təkcə dəbli şüarlar və ya müasir tendensiyalara hörmət deyil. Bizim əsas dəyərlərimiz bərabərlik, müxtəliflik və inklüzivlik ətrafında dövr edir. Bu prinsiplər bütün fəaliyyətimizi müəyyən edir. Azərbaycandakı korporativ siyasətimizdə gender bərabərliyinə nail olduğumuzu fəxrlə bildiririk. İşçilərimizin və rəhbərliyimizin təxminən yarısı qadınlardır ki, bu da balanslı və ədalətli iş mühiti yaratmaq öhdəliyimizi əks etdirir. Yenə deyirəm, bunlar sadəcə bəyanatlar deyil, mənim ifadələrim rəqəmlərlə dəstəklənir.
- EY şirkəti qadınların səlahiyyətlərinin artırılmasına üstünlük vermək üçün hansı xüsusi strategiyalardan istifadə edir?
- Qadınların səlahiyyətlərinin artırılmasını dəstəkləmək üçün bizim hərtərəfli strategiyamız var. Buraya ədalətli işə götürmə təcrübələri, xüsusi olaraq qadınlar üçün nəzərdə tutulmuş liderliyin inkişafı proqramları və iş-həyat balansını təşviq edən çevik iş tənzimləmələri daxildir. İstəyirik ki, cinsindən asılı olmayaraq bütün insanlar təşkilatımızda uğur qazanmaq və inkişaf etmək imkanına malik olsunlar.
- EY Azərbaycan şirkətində qadınların peşəkar inkişafını necə dəstəkləyir?
- Azərbaycanda fəaliyyət göstərdiyimiz 30 il ərzində biz təxminən 2000 qadını işə götürmüşük. Şirkətimizdə vaxtılə çalışan qadınların çoxu yerli, eləcə də beynəlxalq miqyasda müxtəlif sənaye sektorlarında rəhbər vəzifədə çalışır. Həmçinin, qadınlara transformasiya liderlik bacarıqlarını təkmilləşdirməyə, şəxsi brendlərini qurmağa və təlim materiallarına, onlayn vebinarlara və kouçinq sessiyalarına çıxış təmin etməklə danışıqlar aparmaq kimi bacarıqları inkişaf etdirməyə yönəlmiş inkişaf proqramlarımız var. Bundan əlavə, biz şəbəkə imkanları təklif edirik və gender paritetinin sürətləndirilməsinə yönəldilmiş qlobal təşəbbüslərdə iştirak edirik.
- Qadın namizədləri cəlb etməyə və dəstəkləməyə yönəldilmiş konkret proqramlar və ya fəaliyyətlər haqqında bizə ətraflı məlumat verə bilərsinizmi?
- Biz "Çay süfrəsi arxasında söhbətlər" kimi tədbirlər keçiririk ki, burada tələbə qızlar bizim qadın məsləhətçilərimiz və auditorlarımızın təcrübələrini öyrənmək üçün, onlarla görüşə bilirlər. Biz həmçinin qadınlar üçün məlumat və tədris keçirən Qadınlar üçün EY Şirkətinin Beynəlxalq Korporativ Maliyyə Məktəbi kimi ixtisaslaşdırılmış proqramlar təklif edirik. Bu təşəbbüslər qadın namizədləri cəlb etmək və dəstəkləmək, eləcə də onları karyeralarında uğur qazanmaq üçün lazım olan resurslarla təmin etmək məqsədi daşıyır.
- EY xüsusilə uşaqlı işçilər üçün iş və şəxsi həyat balansını necə təşviq edir? Hamımız bilirik ki, Azərbaycanda insanlar ailə yönümlüdür...
- Bütün əməkdaşlarımız, xüsusən uşaqlı əməkdaşlarımız üçün iş və şəxsi həyat balansının vacibliyini anlayırıq. Buna görə də biz, anaları, eləcə də ataları dəstəkləyən valideyn məzuniyyəti siyasətini təklif edirik. Məqsədimiz işçilərimizə işdə, eləcə də evdə inkişaf edə bilmələri üçün peşəkar və şəxsi öhdəliklərini səmərəli şəkildə idarə etmələrinə kömək etməkdir.
- EY şirkəti gender müxtəlifliyi və inklüziv təşəbbüslərin təkcə bəyan edilmiş siyasətlər deyil, həqiqətən də effektiv olmasını necə təmin edir?
- Unutmayaq ki, EY ənənəvi olaraq audit şirkəti olub, ona görə də biz rəqəmlərin gücünə inanırıq. Üstəlik, biz dəyişiklikləri idarə etmək üçün məlumatların gücündən istifadə edirik. Biz təşkilatın müxtəlif səviyyələrində gender nisbətləri və ədalətli ödəniş kimi gender müxtəlifliyi və inklüzivliklə bağlı əsas göstəriciləri mütəmadi olaraq izləyir və hesabat veririk. Bu məlumatlar tərəqqi sahələrini və əlavə səylərə ehtiyac duyulan sahələri müəyyən etməyə kömək edir. Təşəbbüslərimizin onların ehtiyaclarına cavab verməsini və həyatlarında mənalı dəyişiklik yaratmasını təmin etmək üçün sorğular vasitəsilə əməkdaşlarımızdan fəal şəkildə rəy alırıq.
- EY Şirkətinin gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması ilə bağlı gələcək hədəfləri nədən ibarətdir?
- Davamlı məqsədimiz təşkilatımızın bütün səviyyələrində, o cümlədən rəhbər vəzifələrdə gender bərabərliyini qorumaqdır. Biz bu məqsədə nail olmaq üçün strategiyalarımızı və proqramlarımızı daim təkmilləşdiririk, o cümlədən mentorluq və məşq proqramlarımızı gücləndiririk, işə qəbul və vəzifə yüksəlişi proseslərimizi təkmilləşdiririk. Bu siyasət və proqramların məqsədi qərəzin qarşısını almaq və qadınların səlahiyyətlərinin artırılması üçün təlim və inkişaf imkanlarımızı artırmaqdır. Bundan əlavə, biz digər təşkilatlar və maraqlı tərəflərlə əməkdaşlıq edərək Azərbaycanda daha geniş biznes ictimaiyyəti daxilində gender bərabərliyini müdafiə etməyə sadiqik.
- Müasir iş dünyasında bir çox təşkilat gender bərabərliyinə və qadınların səlahiyyətlərinin artırılmasına sadiq olduqlarını bəyan edir. Hər kəs iş yerində müxtəlifliyi və inklüzivliyi təşviq etmək üçün öz təşəbbüslərindən danışır. EY Şirkətini həqiqətən fərqləndirən nədir?
- Haqlısınız: gender səviyyəsi çoxdan sosial-iqtisadi gündəmin bir hissəsidir. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, EY - qlobal şirkət kimi bütün dünyada bərabərlik və inklüzivliyin müdafiəsinə sadiqdir. Biz yalnız biznesdə deyilik; biz insanların qayğısına qalırıq, vəziyyəti yaxşılığa doğru dəyişmək üçün insanları və icmaları bir araya yığırıq. Bu, olduqca təkəbbürlü görünə bilər, lakin mən həqiqətən inanıram ki, biz qadınların dünyanı daha yaxşı bir yerə çevirmək üçün onların bütün potensiallarından istifadə edərək həyatı daha da parlaq edə bilərik. Bizim sirrimiz nədən ibarətdir? Biz qadınlarımızın səlahiyyətlərinin artırılması üçün təhsil, mentorluq və innovasiyaları gücləndiririk. Qadınlar inkişaf edəndə biz hamımız inkişaf edirik!
- Müsahibəyə görə təşəkkür edirik.
Bölməyə aid digər xəbərlər
"EY-də biz gender bərabərliyinə və qadınların səlahiyyətləndirilməsinə çox ciddi yanaşırıq. Bizim əsas dəyərlərimiz bərabərlik, müxtəliflik və inklüzivlik ətrafında dövr edir. Azərbaycandakı korporativ siyasətimizdə gender bərabərliyinə nail olduğumuzu fəxrlə bildiririk. İşçilərimizin və rəhbərliyimizin təxminən yarısı qadınlardır ki, bu da balanslı və ədalətli iş mühiti yaratmaq öhdəliyimizi əks etdirir".

Tarix: 10-03-2024, 19:29 Oxunub: 172
Bölməyə aid digər xəbərlər
10-05-2023, 09:49
Ümummilli Lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yaratmış tarixi şəxsiyyət
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
8-04-2022, 22:10
İlham Əliyev Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib - YENİLƏNİB
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
12-08-2021, 11:39
Azərbaycanda auditdə qiymət endirimi: Ucuz ətin şorbası olarmı?
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
9-06-2021, 09:44
2021-ci ildə dünyanın ən “yaxşı və pis” şəhərləri - SİYAHI
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
8-02-2021, 11:34
“Finance Group”: “Sizin problemlərinizi biz həll edə bilərik”
2-02-2021, 11:20
2 fevral - Azərbaycan Gəncləri Günüdür
2-01-2021, 14:37
Azərbaycanda inəklərin güzəştli sığortası başlayıb
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO