Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

QR bilet istifadəçilərinin sayı artıb

Baxış: 251
QR bilet istifadəçilərinin sayı artıb


2023-cü ilin son günü Bakı metropoliteninin bütün stansiyalarında istifadəyə verilən QR biletlə ödəniş sistemindən istifadə edənlərin də sayı artıb.
Bakı Metropoliteninin yaydığı məlumatda bildirilir ki, ay ərzində 148 min 025 sərnişin məhz bu üsulla ödənişə müraciət edib. QR biletlə ən çox ödəniş “28 May” stansiyasında qeydə alınıb – 14 min 216 sərnişin. Bu üsulla ən çox gedişhaqqı fevralın 27-si qeydə alınıb – 6 min 858 nəfər.
Ümumiyyətlə, yalnız iş günlərini əsas götürsək, fevralın 1-də 4823 nəfər QR bilet sistemindən istifadə etmişdisə, ayın 19-dan sonra hər iş günü istifadəçilərin sayı 6 min nəfərdən artıq olub. Cəmi iki ay istifadəyə verilməsinə baxmayaraq, elektron qaydada gediş haqqına etibar edənlərin sayı artır. 
 




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.