Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şahdəniz 2-də şərq-şimal cinahından hasilat başlandı

Baxış: 187

Şahdəniz 2-də şərq-şimal cinahından hasilat başlandı


Fevralın 13-də Şahdəniz 2 layihəsi çərçivəsində Şahdəniz yatağının şərq-şimal cinahından hasilat başlayıb.

Sahibkartv.az xəbər verir ki. bu barədə "bp-Azərbaycan" məlumat yayıb.

Qeyd edilib ki, bu ilin əvvəllərinə planlaşdırılmış bu əlamətdar hadisə tam təhlükəsiz şəkildə yerinə yetilirilib.

Bundan əvvəl şərq-şimal cinahında bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırılmış və sistem bütövlükdə istismara təhvil verilib.

Yenicə istismara başlamış şərq-şimal cinahında hazırda 5 quyu, iki hasilat manifoldu, ümumilikdə təqribən 30 km uzunluğu olan iki yeni axın xətti və dünya səviyyəli Şahdəniz qaz və kondensat ehtiyatı layına birləşmiş bir neçə sualtı qurğu var.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir. 


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.