Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Maliyyə Nazirliyi 90 milyon manat da cəlb etdi

Baxış: 363
Maliyyə Nazirliyi 90 milyon manat da cəlb etdi
20 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070049 ISIN-li, 90 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 94.6187 (9%) manat və 100.00 (6%) manat olan 40 sifariş təqdim olunub.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 96.6545 (7.8398%) manat, orta ölçülmüş qiyməti isə 97.9660 (7.1089%) manat müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 269,811,200 manat, yerləşdirilmiş həcmi isə 90 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 17.02.2026-cı ildir.
Hərrac iştirakçıları 21 fevral 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.