AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 9, “Biləsuvar” gömrük postunda 28, “Qırmızı Körpü” gömrük postunda 0, “Mazımqara” gömrük postunda 17, “Samur” gömrük postunda 40 və “Xanoba” gömrük postunda 6 yük maşını var.




































