Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

11 ayda Azərbaycan xaricdən 1 milyon tondan çox buğda alıb

Baxış: 276


11 ayda Azərbaycan xaricdən 1 milyon tondan çox buğda alıb 

2023-cü ilin  11 ayı ərzində Azərbaycana 283 milyon 377 min dollar dəyərində 1 milyon 94 min 975 ton buğda idxal edilib. 
Sahibkartv.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.

2022-ci ilin yanvar-noyabr dövründə Azərbaycana 398 milyon 9 min dollar dəyərində 1 milyon 167 min 957 ton buğda idxal edilmişdi.
Beləliklə, buğda idxalı 2023-cü ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə fiziki həcmdə 72 min 82 ton, dəyər ifadəsilə 114 milyon 632 min dollar və ya 28,8% azalıb. 1 ton buğdanın idxal qiyməti 341 dollardan 259 dollara düşüb (82 dollar azalıb).

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.