Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan istehsalı toyuq yumurtalarının Rusiyaya daşınmasına başlanır

Baxış: 279


Azərbaycan istehsalı toyuq yumurtalarının Rusiyaya daşınmasına başlanır 

Azərbaycandan Rusiyaya toyuq yumurtasının ilk tədarükləri bu həftənin sonuna, Türkiyədən isə yaxın gələcəkdə gözlənilir. 
Sahibkartv.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan və Türkiyədən yumurta alışları ilə Rusiyada yumurtanın qiymətinin yaxın aylarda sabitləşəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, son 1 ildə Rusiyada yumurta 40% bahalaşıb.
"Daxili bazarın təlabatını ödəmək üçün operativ tədbir olaraq toyuq yumurtasına idxal rüsumlarının sıfıra endirilməsi barədə qərar qəbul edilib və bu məhsulların tədarükünün artırılması üçün dost ölkələrlə də danışıqlar aparılır. Azərbaycandan ilk tədarüklər bu həftənin sonuna, yaxın gələcəkdə isə Türkiyədən gözlənilir. Nəticədə, qarşıdakı ayda qiymət dinamikasının sabitləşəcəyi proqnozlaşdırılır",- məlumatda deyilir.
Artıq ilk Türkiyə şirkətləri Rusiyaya toyuq yumurtası ixrac etməyə başlayılar. Bunu Türkiyənin Yumurta İstehsalçıları Mərkəzi Birliyinin idarə heyətinin rəhbəri İbrahim Afyon bildirib.
Azərbaycandakı fərdi ticarətçilər bildirir ki, Azərbaycandan Rusiyaya yumurta ixracı daxili bazarda qiymətlərin yüksəlməsinə səbəb ola bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.