Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Neft qiymətləri 2%-dən çox düşüb

Baxış: 349



Neft qiymətləri  2%-dən çox düşüb


Neft qiymətləri investorların OPEC+ın hasilatın azaldılması həcminə şübhələri və ləng qlobal istehsal fəaliyyəti ilə bağlı narahatlıqlar səbəbindən 2%-dən çox düşüb.
Sahibkartv.az xəbər verir ki, Brent markalı neftin fevral fyuçersləri 1,98 dollar və ya 2,45% azalaraq 78,88 dollar/barelə bərabər olub.

ABŞ-ın West Texas Intermediate (WTI) markalı xam neftinin fyuçersləri 1,89 dollar və ya 2,49% geriləyərək 74,07 dollar/barelə düşüb.
Həftə ərzində Brent təxminən 2,1%, WTI isə 1,9%-dən çox dəyər itirib.
OPEC+ istehsalçıları cümə axşamı günü gələn ilin birinci rübündə qlobal bazardan gündəlik təxminən 2,2 milyon barel neft çıxarmaq barədə razılığa gəliblər ki, buna Səudiyyə Ərəbistanı və Rusiyanın 1,3 milyon barel cari könüllü ixtisarı daxildir.
İnvestorlar və treyderlər buna bir qədər şübhə ilə baxırlar. Onlar OPEC+qrupunun üzvlərinnin qərara əməl ədəcəklərinə tam inanmırlar və azaldılan həcmin "kifayət qədər" hesab etmirlər.
Dünya neftinin 40%-dən çoxunu istehsal edən OPEC+, ləng iqtisadi artımın yanacağa tələbata təsiri ilə bağlı narahatlıqlar səbəbindən sentyabrın sonunda qiymətlərin təxminən 98 dollardan aşağı düşməsindən sonra hasilatı azaldır.
İnvestorlar zəif tələbat səbəbindən zəif qalan qlobal iqtisadi fəaliyyəti də diqqətlə izləyirlər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.