Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Orta Dəhlizlə konteyner daşımaları 2 dəfədən çox artıb

Baxış: 264



Orta Dəhlizlə konteyner daşımaları 2 dəfədən çox artıb
Bu ilin yanvar-noyabr aylarında Orta Dəhlizdə Azərbaycandan tranzit kecməklə Qərb-Şərq istiqamətində konteyner daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb. 
Bu barədə Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Avropa İpək Yolu Sammiti”ndə məlumat verilib.
Sammitdə iştirak edən  “ADY Konteyner”nin nümayəndəsi Rəşad Məcidov Azərbaycanın Orta dəhlizdəki əhəmiyyəti, dəhlizin funksionallığının, rəqabətliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə sammit iştirakçılarına məlumat verib.
Avrasiya məkanındakı hazırkı geosiyasi durumda Orta dəhlizin digər alternativ marşrutlara nisbətən üstünlükləri və dəhliz üzrə kompleks logistik həllər müzakirə olunub. Orta dəhlizin Çin, Mərkəzi Asiya, Azərbaycan və Avropa ölkələri arasında ticarət dövriyyəsinin artmasında xüsusi rolu vurğulanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.