Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

9 ayda 1,1 milyon pensiyaçıya 4,3 milyard manat pensiya ödənilib

Baxış: 241


9 ayda 1,1 milyon  pensiyaçıya 4,3 milyard manat pensiya ödənilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 16,6 faiz artırılaraq 4 milyard 396,4 milyon manata çatdırılmışdır.
Bu barədə Sahibkartv.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Sərf olunmuş vəsaitin 97,3 faizini pensiya xərcləri təşkil etmişdir. 
2023-cü il oktyabrın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 94,6 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,2 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,2 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. 
Təyin olunmuş pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,7 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 17,3 faiz artaraq 436,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 47,4 faizinə bərabər olmuşdur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.