Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın pərakəndə bazarında yeni şəbəkə - 2 AYDA 20 MAĞAZASI AÇILACAQ

Baxış: 284

Marketlər şəbəkəsi eyni zamanda bazarda digər supermarketlərlə rəqabətdə birinci olmağı qarşısına məqsəd qoyub.

Azərbaycanın pərakəndə bazarında yeni şəbəkə - 2 AYDA 20 MAĞAZASI AÇILACAQ

Azərbaycan bazarında istehsalçı və distribüter şirkət kimi tanınan "Avrora Qrup" şirkəti yeni yaradılan “Tamstore” marketlər şəbəkəsi ilə pərakəndə bazarına daxil olur. 
Şirkətdən Sahibkartv.az-a verilən məlumata görə marketlər şəbəkəsi qısa vaxtda Bakının müxtəlif yerlərində fəaliyyətə başlayacaq.

“Tamstore” marketlər şəbəkəsinin “super”, “city” və “mini” formatlarında il sonuna kimi 20 mağazasının açılması planlaşdırılıb. 
Marketlər şəbəkəsi eyni zamanda bazarda digər supermarketlərlə rəqabətdə birinci olmağı qarşısına məqsəd qoyub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.