Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyənin xarici ticarət kəsiri 10 ayda 94 milyard dollara çatıb

Baxış: 241


Türkiyənin xarici ticarət kəsiri 10 ayda 94 milyard dollara çatıb

2023-cü ilin yanvar-oktyabr dövründə Türkiyənin xarici ticarət kəsiri təxminən 94 milyard dollar olub. 
Sahibkartv.az bu barədə Türkiyə Ticarət Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

2022-ci ilin eyni dövründə Türkiyənin xarici ticarət kəsiri 91 milyard dollar olaraq qeydə alınmışdı.
Xarici ticarət kəsiri Oktyabr ayında Sentyabr ayı ilə müqayisədə 15% azalaraq 6,7 milyard dollar təşkil edib. 
Məlumatlara görə, ixrac oktyabr ayında 7,4% artaraq 22,9 milyard dollara çatıb. Ticarət naziri Ömər Bolatın açıqlamalarına görə, bu rəqəm oktyabr ayında ən yüksək ixracat olub. Digər tərəfdən idxal 1,3% artaraq 29,6 milyard dollar olub. Eyni dövrdə ixracın idxala nisbəti 77,3% olub. 2022-ci ilin oktyabr ayında bu nisbət 72,9% faiz təşkil etmişdi.
Yanvar-oktyabr dövrünə nəzər saldıqda, ixracın demək olar ki, ötən illə eyni səviyyədə olduğu müşahidə edilib. Nazirliyin məlumatına görə, 10 aylıq dövrdə ixrac 0,3 faiz artaraq 210,1 milyard dollara çatıb. Bu dövrdə idxalda da məhdud artım müşahidə olunub. Beə ki, yanvar-oktyabr dövründə idxal 1,2% artaraq 304 milyard dollara çatıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.