Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türk lirəsilə bağlı bədbin proqnozlar davam edir

Baxış: 190


Bank of America dollar/Türk Lirəsi məzənnəsinin son rübdə 30-a çatacağını proqnozlaşdırır.

Türk lirəsilə bağlı bədbin proqnozlar davam edir


Bank of America strateqlərinin fikrincə, potensial volatillik yaradan neft qiymətlərinin yüksəlməsi xalis neft idxalçıları olan Şərqi Avropa, Yaxın Şərq və Afrika (EEMEA) regionunda yerləşən ölkələrin valyutalarının performansını azalda bilər. Bank Türkiyə, Polşa və Macarıstanın valyutalarında ucuzlaşma gözləyir.
Sahibkartv.az-ın məlumatına görə, Bankın analitikləri qeyd ediblər ki, onlar forvardlara uyğun olaraq lirənin mütəmadi olaraq ucuzlaşacağını gözləyirlər. Bank 2023-cü ilin son rübündə Dollar/Türk Lirəsi məzənnəsinin 30 lirəyə çatacağını gözləyir.
Analitiklər oktyabr ayında Polşada uçot dərəcəsinin azaldılması və güclü dolların təsiri ilə zlotinin ilin qalan hissəsində ucuzlaşacağını gözləyirlər. Analitiklər avro/zlotinin bu il 4,70-ə, gələn ilin birinci rübündə isə 4,80-ə yüksələcəyini nəzərdə tuturlar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.