Azərbaycana gətirilən malların gömrük dəyərinin müəyyən edilməsindəki problemlər yenidən gündəmə gəlib.
Dekabrın 20-də Bakıda keçirilmiş "Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirələrdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti, Naxçıvan MR Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bu problemlərin həmişə qaldırıldığını, amma bir nəticəsinin olmadığını bildirib.
"Bu istiqamətdə risklər bizə aydındır. Bəzən gömrükdə risklərin aradan qaldırılmasına yönəlmiş yanaşmalar tam şəffaf işləyən, sənədlərini, mallarının qiymətlərini düzgün təqdim edən sahibkarın fəaliyyətinə mənfi təsir göstərir, rəsmiləşmənin uzanmasına, sahibkarların narazı qalmasına səbəb olur. Bu məsələdə xüsusi yanaşmaya ehtiyac var. İnvoys qiymətlərində dəyişiklik edən iş adamları ilə şəffaf işləyən iş adamları bir-birindən fərqləndirilməlidir. Artıq uzun müddət fəaliyyət göstərən sahibkarlar ölkəmizdə kifayət qədərdir", - deyə o qeyd edib.
Malın gömrük dəyərinin müəyyən edilməsinin xarici ticarətlə məşğul olan sahibkarlar üçün ən həssas məsələ olduğunu desək, yəqin ki, yanılmarıq. Çünki onlar gömrük rüsumunu ölkəyə gətirdikləri mala qoyulan qiymət əsasında ödəyirlər. Təcrübə isə göstərir ki, əksər hallarda iş adamlarının təqdim etdikləri invoyslarda göstərilən qiymətlər gömrük əməkdaşlarını qane etmir və onlar bunun üçün bazara müraciət edirlər. Bu isə sahibkarları narazı salır. Qeyri-müəyyənlikdən ən çox əziyyət çəkənlər isə avtomobil biznesi ilə məşğul olanlardır. Onlar bəzən Avropadan 1 000 - 2 000 avroya aldıqları maşınlara gömrükdə dəfələrlə yüksək qiymət qoyulduğunu və buna uyğun rüsum ödədiklərini, son nəticədə avtomobillərin maya dəyərinin xeyli artdığını və sonradan onları satmaqda çətinlik çəkdiklərini iddia edirlər.
Bəs malın gömrük dəyərinə dair mübahisələrə necə son qoymaq olar? "Report" bu məsələyə aydınlıq gətirməyə çalışıb.
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, malın gömrük dəyəri ilə bağlı problem daha çox qarşılıqlı inamsızlıqdan irəli gəlir: "Sahibkarlar vaxtilə aldıqları malın qiymətləri ilə bağlı sənədləri çox saxtalaşdırıb, bu da gömrük əməkdaşlarında onlara qarşı inamsızlıq yaradıb. 2015-ci ildən etibarən fiskal risklərin artması bu sahədə nəzarətin gücləndirilməsi təşəbbüslərini artırdı və hökumət gömrük gəlirlərindən yayınmaya qarşı mübarizədə alternativ dəyərin müəyyənləşdiriməsini bir alət kimi görməyə başladı. Başqa sözlə, problemin kökündə gömrük institutuna Azərbaycanda uçot aparan və nəzarəti təşkil edən strukturdan çox fiskal qurum kimi baxılması dayanır. Düşünürəm ki, burada kateqoriyalaşdırma aparmaq olar. Qlobal səviyyədə fəaliyyət göstərən şirkətləri bir siyahıya almaq olar, hansı ki, onların hansısa sənədi saxtalaşdırması ehtimalı yoxdur. Bir də risk qrupları formalaşdırmaq olar ki, onlara daxil olan şirkətlərdən alınmış məhsullara bir nəzarət monitorinq sistemi və yaxud alternativ dəyərin müəyyən edilməsi mexanizmi tətbiq edilsin”.
Ekspert qeyd edib ki, bütün sahibkarlara kütləvi şəkildə eyni yanaşma insanların bu istiqamətdə marjinal maraqlarına zərbədir: “Ticarətin özünəxas qaydaları var. Ticarətçi daimi marjinal dəyər arxasınca qaçır. Yəni o, məhsulları daha aşağı qiymətə haradan əldə edə biləcəyini, daha aşağı qiymətə necə idxal edə biləcəyini və haradan daha çox gəlir əldə edəcəyini düşünən şəxsdir. Təbii ki, məhsulların kütləvi alışı zamanı onları daha aşağı qiymətə almaq mümkündür. Bizim sistem isə bu ticarət növü ilə məşğul olan şəxslər üçün motivasiya itkisidir. Çünki burada sizin məhsulu haradan aldığınızın heç bir önəmi yoxdur, hər məhsula görə xüsusi standart qiymət formalaşdırılır. Belə idarəetmə və tənzimlənmə etibarsızlığın dərinləşməsinə gətirib çıxarır. Bu yanaşma ölkədə qiymətlərin optimallaşmasına da zərbə vurur. Əvvəlcədən müəyyən edilmiş qiymətlərlə rüsumların, verginin hesablanması və müəyyən edilməsi xərclərin artmasına gətirib çıxarır. Bu aspektlərin hamısı gözardı edilmədən sistemin təkmilləşdirilməsi ilə bağlı mövqeyin ortaya qoyulması zəruridir”.
Cənubi Koreyadan Azərbaycana avtomobil idxalı ilə məşğul olan iş adamı Elnar Rzazadə isə hesab edir ki, malın gömrük dəyərinin müəyyən edilməsi siyasəti yumşaldılmalıdır, xüsusilə maşınların gömrük dəyəri daxili bazar deyil, xarici bazar əsasında müəyyənləşdirilməlidir: "Gömrük əməkdaşları rəsmi qaydada, xarici istehsalçıdan alınmış avtomobillərin belə qiymətlərini yerli bazara uyğun müəyyən edərək, yüksək rüsum tələb edirlər. Bu, “Gömrük haqqında” qanunda olan bir maddə əsasında həyata keçirilir. Bu halda isə xaricdən gətirilmiş maşınların yekun qiyməti ölkə daxilində dilerlərin satdığı avtomobillərin qiymətlərindən çox olur. Yəni gömrükdə qiymət süni şəkildə artır və bu problemlə demək olar ki, bütün iş adamları üzləşir".
“Biz avtomobil istehsal edən ölkə olsaq da, məhsullarımız beynəlxalq standartlara uyğun deyil. Bu halda idxal avtomobillərinə yüksək rüsum tətbiq etmək düzgün deyil. Türkiyədə də belədir, amma onlar keyfiyyətli məhsullar istehsal edirlər. Hazırda xaricdən 2-3 min ABŞ dollarına alınan avtomobil üçün eyni məbləğdə gömrük rüsumu tələb olunur. İri tutumlu avtomobillərin gömrük rüsumunun yüksək olması anlaşılandır. Bu tip avtomobillər ekologiya üçün zərərlidir. Lakin Azərbaycanda kiçik tutumlu avtomobillərin də gömrük rüsumu çox yüksəkdir”, - deyə sahibkar əlavə edib.
Hazırda Azərbaycanda idxal gömrük rüsumları üçpilləli - 0 %, 5 % və 15 % olmaqla tətbiq olunur. Yəni xammal 0 %, yarımfabrikatlar 5 %, hazır məhsullar isə 15 % rüsumla ölkəyə buraxılır.
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Bu ərzaq mallarının qiyməti UCUZLAŞACAQ - SİYAHI
16:00 / 17-01-2025
Yaponiyada Robotlar İnsanlara Şeir Yazmağı Öyrədir
15:45 / 17-01-2025
Pensiya və minimum əməkhaqqı artımları bu şəxslərə şamil ediləcək
15:30 / 17-01-2025
İndoneziyada Vulkan Daşları "Almaz" Tapıntısına Səbəb Oldu
15:00 / 17-01-2025
Azərbaycanda malın gömrük dəyərinə dair mübahisələrə necə son qoymaq olar?
Bölməyə aid digər xəbərlər
Tarix: 23-12-2022, 13:28 Oxunub: 241
Bölməyə aid digər xəbərlər
13-12-2022, 10:30
Azərbaycana gətirilən minik avtomobilləri gömrükdə elektron qaydada bəyan edilə bilər
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
5-09-2022, 10:06
Rüstəm Nağıyev: “Goranboy rayonunda indiyə qədər heç zaman sahibkarlığın inkişafı üçün bu gün olduğu qədər əlverişli şərait mövcud olmayıb”
29-06-2022, 12:04
Azərbaycanda sahibkarların maliyyə savadı varmı?
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
23-03-2022, 12:04
"Azərbaycanın sığorta şirkətləri qiymət artıra bilər"
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
8-02-2021, 11:34
“Finance Group”: “Sizin problemlərinizi biz həll edə bilərik”
4-02-2021, 15:38
Sahibkarlara gömrük əməliyyatlarında Tam xidmət göstəririk
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
3-12-2020, 12:49
SAHİBKARLIĞIN DÖVLƏT TƏRƏFİNDƏN TƏNZİMLƏNMƏSİ
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO