17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
Çexiyanın paytaxtı Praqa şəhərində aerobika gimnastikası üzrə keçirilən açıq beynəlxalq turnirdə qüvvəsini sınayan yığma komandamızın üzvləri uğurla çıxış edərək 4 qızıl, 2 gümüş, 1 bürünc medal əldə ediblər.
Komandamızın üzvlərindən fərdi proqramda Məryəm Topçubaşova (12-14 yaşlılar arasında) və Dilarə Qurbanova (15-17 yaşlılar arasında) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.
Dilarə Qurbanova, Sara Əlixanlı və Sənəm Kazımovadan ibarət üçlüyümüz (15-17 yaşlılar arasında) və Arzu Ağayeva, Sara Əlixanlı, Leyla Bejanova, Dilarə Qurbanova, Sənəm Kazımovadan ibarət qrupumuz (15-17 yaşlılar arasında) fəxri kürsünün birinci pilləsində qərarlaşıblar.
Komandamızın digər təmsilçisi Vladimir Dolmatov fərdi növdə böyüklər arasında gümüş medal qazanıb.
Böyüklər arasında üçlük proqramında Mədinə Mustafayeva, Xoşqədəm Quliyeva və Vladimir Dolmatov da ikinci olublar.
Qarışıq cütlüklər proqramında Vladimir Dolmatov və Mədinə Mustafayeva bürünc medala sahib çıxıblar.
Bölməyə aid digər xəbərlər