Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan taekvondoçuları İrandan iki medalla qayıdır - FOTO

Baxış: 328

Azərbaycanın qadın taekvondoçuları İranın paytaxtı Tehranda keçirilən G2 kateqoriyalı beynəlxalq “Fajr Open” turnirini iki medalla başa vurub.
“Report”un məlumatına görə, bu gün 67 kq çəki dərəcəsində yarışan Fəridə Əzizova gümüş medala sahib olub.
Daha əvvəl Patimat Abakarova 53 kq çəkidə bürünc medala yiyələnmişdi.
Bu nəticə ilə Azərbaycan millisi ümumi komanda hesabında dördüncü yeri tutub.
Qeyd edək ki, yığmanın baş məşqçisi Səbuhi Zülfüqarov yarışın “ədalətli məşqçi”si, azərbaycanlı referilərdən Aygül Abdullayeva “ən yaxşı hakim” adına layiq görülüb.
















Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.