Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan komandası Bakıda keçirilən beynəlxalq yarışda qızıl medal qazanıb

Baxış: 344
Azərbaycan komandası Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanıb.
Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanovadan (13-19 yaş qrupu) ibarət qadın qrupu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Təsnifat mərhələsində hakimlərdən balans hərəkətlərində 28,250, temp hərəkətlərində isə 26,870 xal alan kollektiv iki hərəkətin cəmində 55,120 xal toplayaraq finala yüksəlib.
Finalda qarışıq hərəkətlər üzrə 28.930 xal toplayan gimnastlar bütün rəqiblərini üstələyərək birinci yeri tutublar.
Qeyd edək ki, bu, Azərbaycanın gimnastika tarixində dünya yaş qrupları yarışlarında qazanılan ilk qızıl medaldır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.