Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Keşlə”nin adının “Şamaxı” olacağı tarix bilindi

Baxış: 704
“Keşlə”nin Şamaxıda meydana çıxacağı ilk oyunun vaxtı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, tarixi hadisə martın 6-na təsadüf edəcək.
Komanda həmin gün bu rayonda Premyer Liqanın XVIII turu çərçivəsində “Sabah”la qarşılaşacaq. “Keşlə” martın 1-dən etibarən yeni adla fəaliyyət göstərəcək və “Şamaxı” adlanacaq. AFFA bununla bağlı UEFA ilə apardığı danışıqları yekunlaşdırıb.
Assosiasiya klubda apardığı audit yoxlamalarının nəticələri haqda qitə futbol qurumunu məlumatlandırıb. UEFA sənədlərlə tanış olandan sonra “Keşlə”nin “Şamaxı”ya çevrilməsinə razılıq verib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.