Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qılınc oynadanımız qızıl medal qazandı

Baxış: 373
Sablya üzrə milli komandamızın lideri Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kuboku turnirinin mərhələ yarışında qızıl medal qazanıb.
Sahibkartv.az xəbər verir ki, bu barədə AzərbaycanQılıncoynatma Federasiyasından bildirilib.
Qeyd edilib ki, idmançımız qadınların şəxsi yarışının finalında fransalı Mannon Brunetə 15:10 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, qadın sablyaçıların şəxsi yarışında mübarizəyə əsas mərhələdən qoşulan A.Başta ilk görüşdə Rusiya təmsilçisi Anastasiya Şorokova (15:9), sonra isə almaniyalı Yulike Funkeni (15:11) mübarizədən kənarlaşdırıb. O, ən güclü səkkizliyə yüksəlmək uğrunda görüşdə Tokio Olimpiadasında məğlub etdiyi amerikalı Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbə qazanıb. Sablyaçımız yarımfinala vəsiqə uğrunda qarşılaşmada yaponiyalı Emura Misakini 15:11 hesabı ilə məğlub edib. Yarımfinalda italiyalı Rossella Qreqorioya 15:13 hesabı ilə qalib gələn A.Başta adını finala yazdırıb.
Qeyd edək ki, təsnifatdan 64-lüyə yüksələn Səbinə Kərimova və Sevil Bünyatova qadınların şəxsi yarışında çıxışlarını başa vurublar. S.Kərimova əsas mərhələdə keçirdiyi ilk görüşdə rusiyalı Olqa Nikitinaya (8:15), S.Bünyatova isə qazaxıstanlı Aygerim Saribaya (13:15) uduzublar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.