Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək - FOTO

Baxış: 334

Azərbaycan 2025-ci ildə keçiriləcək III MDB Oyunlarına ev sahibliyi edəcək.
“Report” xəbər verir ki, bu barədə qərar MDB-yə üzv ölkələrin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının onlayn formatda baş tutmuş növbədənkənar iclasında qəbul olunub.
II MDB Oyunları isə 2023-cü ildə Belarusun payaxtı Minskdə təşkil olunacaq.
Toplantıda həmçinin idman sahəsində əməkdaşlığın aktual məsələləri də müzakirə edilib. O cümlədən, ayrı-ayrı idman növləri üzrə MDB çempionatlarının və kuboklarının keçirilməsi məsələsinə baxılıb. İşçi Qrupuna 2022-ci il iyunun 1-dək MDB yarışları ilə bağlı əsasnamə layihəsinin hazırlanması tapşırılıb.
Qeyd edək ki, I MDB Oyunları bu il 4 - 11 sentyabrda Rusiyanın Kazan şəhərində keçirilib.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.