Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gənc güləşçilərimiz Avropa çempionatında iki qızıl medal qazandı - FOTO

Baxış: 324

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib.
Sahibkartv.az xəbər verir ki, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübarizə aparıb.
Onların ikisi yeniyetmələr, ikisi isə gənclər arasında qüvvəsini sınayıb. Sevindirici haldır ki, güləşçilərimizin hamısı Avropa çempionatında fəxri kürsüyə qalxıb.
Musa Ağayev Moldova təmsilçisinə tam üstünlüklə qələbə qazanaraq Avropa çempionu olub.
Fərid Cabbarov finalda yerli idmançını məğlub edərək ölkəmizə ikinci qızıl medalı gətirib.
Hüseyn Əliyev Rumıniya güləşçisiylə gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında minimal fərqlə uduzub və nəticədə gümüş medala sahib çıxıb.
Rübail İbrahimli isə Avropa çempionatının bürünc medalını qazanıb.
Beləliklə, millimiz AÇ-də uğurlu çıxış edərək 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.