Day, Month 00, Year
00: 00: 00 AM
Hakan Fidan Bakıya gəlib

11:10 / 18-01-2025

Dayanıqlı Sahibkarlıq

20:00 / 17-01-2025

Qazilərimiz paralimpiya hərəkatına cəlb olunur

44 günlük vətən müharibəsi zamanı bəziləri ya canından, ya da qolundan, ayağından, hansısa bədən üzvündən oldu. Elə bu günlərdə Tokioda qazandıqları qələbələrlə hamımızı sevindirən Milli Paralimpiya Komitəsi də məhz həmin oğulları, qazilərimizi öz sıralarında görmək istəyir.
Azərbaycan milli paralimpiya komitəsi qazilərimizi sıralarına dəvət etməyə davam edir. Çünki, Vətən müharibəsində bizə qələbəni qazandıran əsgər beynəlxalq arenada da bayrağımızı eyni hisslərlə, qürur və şərəflə dalğalandıracaq. 
Milli paralimpiya komitəsinin rəhbəri İlqar Rəhimovun sözlərinə görə, bu təşəbbüs ilk deyil. Onlar dəfələrlə qaziləri komitəyə dəvət edib, onlarla çempionların görüşünü təşkil ediblər. Məqsəd həm də qazilərimizə vəfa borcunu ödəməkdir: 
Qazilər isə onların bu çağırışına həvəslə cavab verib. Fizuli, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərdə belindən yaralanan Pərviz, eləcə də Ağdərə, Tərtər, Suqovuşan istiqamətində gedən döyüşlərdə ayağından yaralan Zaur da bu çağırışa həvəslə qoşulacaqlarını deyir:
Qeyd edək ki, komitənin təşəbbüsünə qoşulan qazilər tibbi təsnifatlarına görə idman növləri ilə məşğul olacaqlar. Burada onları həm də 1-ci qarabağ müharibəsinin qazi məşqçiləri qarşılayacaq.


Tarix: 10-09-2021, 23:32 Oxunub: 101


Bölməyə aid digər xəbərlər