Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Paralimpiya Oyunları: Taekvondoçumuz bürünc medal döyüşünə vəsiqə qazandı - FOTO + YENİLƏNİB

Baxış: 356

Taekvondoçumuz Röyalə Fətəliyeva bürünc medal görüşünə vəsiqə qazanıb.
Sahibkartv.az-ın xəbərinə görə, təsəlliverici yarışda dayanq üzərinə onun Tailanddan olan rəqibi çıxmadığından, idmançımız bürünc medal görüşündə iştirak hüququ əldə edib.
Qeyd edək ki, digər taekvondoçumuz İmaməddin Xəlilov Bakı vaxtı ilə saat 12:45-dən etibarən yerli idmançı Mitsuya Tanaka (Yaponiya) ilə qarşılaşacaq. Bu görüşün qalibi bürünc medal görüşünə vəsiqə əldə edəcək.
08:10
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında taekvondo yarışlarına start verilib.
Sahibkartv.az xəbər verir ki, bu gün iki taekvondoçumuz mübarizəyə qoşulub.
Lakin hər iki cüdoçumuz 1/8 finalda – ilk görüşündə uduzub. Belə ki, Röyalə Fətəliyeva (-49 kq) Xvansuda Fuanqkitçaya (Tailand) 4:17, İmaməddin Xəlilov (-61 kq) Daniil Sidorova (Rusiya) 19:25 hesabı ilə uduzub.
Onlar bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq. Royalənin rəqibi artıq bəllidir. O, Bakı vaxtı ilə saat 12:30-dan etibarən Aruna (Hindistan) ilə qarşılaşacaq.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.