Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan idmançısı üzgüçülük üzrə Avropa Birinciliyində finala vəsiqə qazandı

Baxış: 405

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah İtaliyanın Roma şəhərində keçirilən üzgüçülük üzrə Avropa Birinciliyində finala vəsiqə qazanıb.
Bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanova istinadən məlumat yayıb.
Bildirilib ki, üzgüçülük üzrə milli komandanın üzvü Məryəm Şeyxəlizadəxangah 50 metr məsafədə batterflay üsulunda 27,12 saniyə göstərici ilə finala yüksəlib.
“Bu, Azərbaycan üzgüçülük tarixində bir ilkdir. Bu yarışda Avropanın üzgüçülük üzrə çox güclü milli komandalarının yüksək nəticələr göstərən idmançıları iştirak edir. Azərbaycan üzgüçüsünün belə bir mötəbər turnirdə finala vəsiqə qazanması böyük uğur hesab oluna bilər”, - deyə, Rəşad Əbdürrəhmanov əlavə edib.
Baş məşqçinin sözlərinə görə, bu yarışda ölkəmizi milli komandamızın digər üzvü olan Ramil Vəlizadə də təmsil edir. 
“Bu üzgüçümüzdən də yüksək nəticələr gözləyirik. Bu Avropa Birinciliyində üzgüçülərimizin uğur qazanacağına böyük ümidlərimiz var. Ramil Vəlizadə beynəlxalq turnirlərdə Azərbaycanı yüksək səviyyədə təmsil etmək gücündə olan idmançıdır. Ümidvaram ki, o da Məryəm Şeyxəlizadəxangah kimi ən azı final mərhələsinə vəsiqə qazanmaq gücündədir”, - deyə millimizin baş məşqçisi vurğulayib.
Qeyd edək ki, Romada keçirilən Avropa Birinciliyində 48 ölkədən 304-ü kişi, 261 qadın olmaqla ümumilikdə 565 idmançı güclərini sınayır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.