Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Messidən Argentina millisində yeni rekord

Baxış: 332

Amerika Kubokunun qrup mərhələsi çərçivəsində Boliviyaya qarşı keçirdikləri oyun Argentina yığmasının hücumçusu Lionel Messi üçün əlamətdar olub.
Sahibkartv.az xəbər verir ki, 34 yaşlı futbolçu ölkəsinin milli komandasında 148-ci matçına çıxıb.
Bununla da İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Argentina millisinin rekordçusuna çevrilib. Ona qədər Argentina yığmasında ən çox oyun keçirmiş futbolçu Xavyer Maskerano idi – 147 oyun.
Qeyd edək ki, Argentina yığması Boliviyaya 4:1 hesabıyla qalib gələrək qrup lideri kimi növbəti mərhələyə yüksəlib. Bu oyunda komandasının iki qolunu məhz Messi vurub. Bununla da o, millidə vurduğu qolların sayını 75-ə çatdırıb.
Argentina 1/4 finalda Ekvadorla üz-üzə gələcək. Bu görüş iyulun 4-də keçiriləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.