Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Futbol millimiz dünya çempionu ilə qarşılaşacaq: Sensasiya etsə, mundiala vəsiqə qazanacaq

Baxış: 300

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsinin 1/4 finalında qarşılaşacağı rəqibi müəyyənləşib.
Sahibkartv.az xəbər verir ki, A qrupunun son oyununda Ukrayna komandasını 1:0 hesabı ilə məğlub edən son dünya çempionu Portuqaliya yığması 1/4 finalda millimizin rəqibi olub.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu iyunun 25-də Portuqaliyanın Nazare şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Millimiz sensasiya edib, yarımfinala çıxa bilsə, avqustda Moskvada keçiriləcək dünya çempionatına ilk dəfə vəsiqə qazanacaq.
Xatırladaq ki, Azərbaycan millisi D qrupunda Fransaya 2:0 və Estoniyaya 4:3 hesabı ilə qalib gəlib, İsveçrəyə isə 5:8 hesabı ilə uduzub. Nəticədə komandamız altı xalla qrup ikincisi olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.