Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanlı güləşçi erməniyə qalib gəlib, hərbi salam verdi

Baxış: 477
Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qızıl medalını qazanıb.
Sahibkartv.az xəbər verir ki, 48 kq-da mübarizə Fərahim Mustafayev qızıl medal uğrunda türkiyəli Sərvət Anqı ilə qarşılaşıb. Rəqibinə 7:0 hesabı ilə qalib gələn idmançımız qitə çempionu olub.

55 kq-da çıxış edən Fərid Baxışlı finalda Ermənistan təmsilçisi Armen Sukyasyanla qarşılaşıb. 0:7 hesabı ilə geriyə düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirən Baxışlı son bir dəqiqədə yeddi xal götürərək, son xal prinsipi ilə rəqibini məğlub edib. Baxışlı qalib elan olunduqdan sonra əsgər salamı verib.
 
Kənan Abdullazadə (65 kq) estoniyalı Artur Jeremeyevlə qüvvəsini sınayıb. 7:1 hesablı qələbə qazanan Abdullazadə Avropa üçüncüsü olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.