Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu gün "Qalatasaray"ın yeni prezidenti seçiləcək

Baxış: 332
Bu gün Türkiyənin "Qalatasaray" klubunun yeni prezidenti bəlli olacaq.
Seçkidə 5 namizəd iştirak edəcək. Bunlar Metin Öztürk, İbrahim Özdemir, Eşref Hamamcıoğlu, Burak Elmas və Yiğit Şardandır.
"Sarı-qırmızılılar"ın hazırkı prezidenti Mustafa Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.
Seçki prosesi Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Səsvermə 5 saat davam edəcək. Yeni seçiləcək şəxs "Qalatasaray"ın 38-ci prezidenti olacaq.
Qeyd edək ki, Mustafa Cengiz 2018-ci ilin yanvarından "Qalatasaray"a rəhbərlik edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.