Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Eriksen “İnter”in “WhatsApp” qrupuna mesaj göndərib

Baxış: 332
Avro-2020-nin qrup mərhələsinin ilk turunda Finlandiya ilə matçda huşunu itirən Danimarka millisinin üzvü Kristian Eriksenin son durumu haqda onun klubu “İnter”dən açıqlama verilib.
Klubun baş direkotru Cüzeppe Morata İtaliya mətbuatına bildirib ki, Eriksen “İnter”in “WhatsApp”qrupuna mesaj yazıb:
“Kristian Eriksen az öncə “İnter”in “WhatsApp” qrupuna mesaj göndərdi. Sağlamlıq vəziyyətinə görə nikbinik. Danimarka millisinin tibbi heyəti Eriksenin durumunun nəzarət altında olduğunu bizə bildirdi”.
Qeyd edək ki, daha əvvəl isə Danimarka Futbol Federasiyası xəstəxanada olan Eriksenin danışa bildiyini və yaddaşının yerində olduğunu açıqlamışdı.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.