Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Neftçi” bir futbolçu ilə vidalaşıb digərini komandaya qaytardı

Baxış: 395
“Neftçi” futbolçularından biri ilə yolunu ayırıb, bir oyunçu isə komandaya geri qaytarılıb.
Klubdan Oxu.Az-a verilən xəbərdə qeyd edilib ki, müqavilə müddəti başa çatan yarımmüdafiəçi Dario Federiko ilə qarşılıqlı razılaşma əsasında yollar ayırılıb.
Dario “Neftçi”nin heyətində keçirdiyi iki mövsüm ərzində 40 oyunda meydana çıxıb, beş qol vurub.
Bundan başqa Fəhmin Muradbəyli komandaya qaytarılıb. 24 yaşlı yarımmüdafiəçinin “Səbail” klubu ilə icarə müqaviləsinə xitam verilib.
Qeyd edək ki, növbəti mövsümün hazırlığını komandanın düşərgəsində keçirəcək Muradbəyli 2013-2017-ci illər ərzində “Neftçi”nin heyətində 73 oyuna çıxıb, altı qol vurub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.