Day, Month 00, Year
00: 00: 00 AM
Hakan Fidan Bakıya gəlib

11:10 / 18-01-2025

Dayanıqlı Sahibkarlıq

20:00 / 17-01-2025

“Qalatasaray” klubuna məxsus mədənə silahlı hücum olub

İstanbulun Kemerburqaz qəsəbəsində silahlı insident yaşanıb.
SAHİBKARTV.AZməlumat verir ki, 24 aprel gecə saatlarında “Qalatasaray” klubuna məxsus mədənin ərazisinə silahlı hücum təşkil olunub.
Hadisədən sonra “Qalatasaray” klubunun prezidenti Mustafa Cengiz İstanbul valisi Ali Yerlikaya ilə görüşüb.
Qeyd olunur ki, sözügedən əraziyə görə “Qalatasaray” rəhbərliyi ilə adı qeyd olunmayan şirkət arasında məhkəmə çəkişməsi olub. Sonda məhkəmə “Qalatasaray”ın xeyrinə qərar çıxarıb.
Mustafa Cengizin İstanbul valisi Ali Yerlikaya ilə görüşündən dərhal sonra istintaq başlayıb.
Artıq ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, mədənin ərazisinə basqın edən silahlı şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıldığı bildirilib.


Tarix: 27-04-2021, 12:24 Oxunub: 195


Bölməyə aid digər xəbərlər