20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) 14 dopinq nəzarəti inspektoru Beynəlxalq Test Agentliyinin Beynəlxalq Dopinq Nəzarəti İnspektorları üçün Təlim-Sertifikat proqramını uğurla başa vurub.
AMADA-dan SAHİBKARTV.Az-a verilən məlumata görə, Dopinq Nəzarəti İnspektorları Ümumdünya Antidopinq Agentliyinin uyğunluq standartlarına cavab verən peşəkar mütəxəssis kimi beynəlxalq inspektor statusu alıblar (2023-cü ilin aprelin 23-dək). Bu isə dopinq nəzarəti inspektorlarına beynəlxalq yarışlarda, o cümlədən dünya çempionatları, Olimpiya oyunları və digər böyük yarışlarda, habelə yarışdan kənar dopinq nəzarəti prosesinə cəlb olunma hüququnu verir.
Beynəlxalq Test Agentliyi COVID-19 pandemiyası və onun gətirdiyi məhdudiyyətləri nəzərə alaraq təlimləri onlayn formatda keçirib. İştirakçılar proqram çərçivəsində ən qabaqcıl təcrübələri öyrənib, dopinq testləri üçün istifadə olunan ən son avadanlıq və üsullarla tanış olub, idmançılarla səmərəli ünsiyyət qurmaq və onlara vacib dəstəyi göstərməklə bağlı biliklərini təkmilləşdiriblər.
Təlim-sertifikat proqramı çərçivəsində AMADA-nın Dopinq Nəzarəti İnspektorları onlayn kursları müvəffəqiyyətlə bitirib, yekun imtahanından yüksək ballarla keçiblər.
Beynəlxalq Dopinq Nəzarəti İnspektorları üçün Təlim-Sertifikat proqramının əsas məqsədi dünyada dopinq nəzarəti keyfiyyətinin artırılması üçün səylərin birləşdirilməsi və qabaqcıl təcrübələri təhlil edərək ən yaxşı standartların müəyyənləşdirilməsidir. Proqramda AMADA da daxil olmaqla, dünyanın cəmi səkkiz milli və regional antidopinq agentliyi iştirak edib. AMADA proqramın hazırlanmasında da aktiv iştirak edib, təcrübələrini və təkliflərini bölüşməklə layihəyə öz töhfəsini verib.
Qeyd edək ki, Azərbaycan Milli Antidopinq Agentliyi 2019-cu ildən Beynəlxalq Test Agentliyi ilə əməkdaşlıq edir.
Bölməyə aid digər xəbərlər