Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Liverpul” son dəqiqələrdə qələbəni əldən verdi – YENİLƏNİB

Baxış: 330
İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən və ev sahibi komandanın Avropa Superliqasının yaradılmasına etirazı ilə yadda qalan “Lids Yunayted” - “Liverpul” qarşılaşması 1-1 hesablı heç-heçə ilə başa çatıb.
Qonaqların futbolçusu Sadio Manenin 31-ci dəqiqədə vurduğu qola, 87-ci dəqiqədə Dieqo Lorente cavab verib.

23:57
İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən “Lids Yunayted”-“Liverpul” qarşılaşması öncəsi ev sahibi komanda Avropa Superliqasının yaradılmasına özünəməxsus şəkildə etiraz edib.
Sports.ru xəbər verir ki, tribunalarda “Meydançada layiq olun. Futbol azarkeşlər üçündür” şüarı yazılmış plakat peyda olub. Futbolçular isə isinmə hərəkətləri etmək üçün meydançaya üzərində həmin sözlər yazılmış və Çempionlar Liqasının loqosu həkk olunmuş geyimdə çıxıblar.
Bununla yanaşı, stadionun qarşısında da xoşagəlməz insident yaşanıb.
Belə ki, sosial şəbəkələrdə Lidsdəki “Elland Roud” stadionuna daxil olan qonaq komandanın avtobusunun yerli azarkeşlər tərəfindən etirazlarla qarşılanmasını əks etdirən görüntülər yayılıb.
Stadionun qarşısında toplaşan “Lids” azarkeşləri “Livepul”un ünvanına təhqirlər yağdırıb və qonaqları fitə basıb.
Qeyd edək ki, “Liverpul” Avropa Superliqasının əsasını qoyan klublardan biri kimi çıxış edib.







Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.