Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünya çempionatında yeganə medalımızı qazanan boksçu finala çıxmaq üçün erməni ilə qarşılaşacaq

Baxış: 347
Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib.
Sahibkartv.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Nicat Hüseynov yarışın yarımfinalına vəsiqə qazanıb.
49 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/2 finala gedən yolda macarıstanlı Levente Heqeduşu mundialdan kənarlaşdırıb. Hüseynov rəqibinə 5:0 (30:25, 30:25, 29:27, 30:26, 30:24) hesabı ilə qalib gəlib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.
Dünya çempionatında yeganə medalımızı qazanan boksçumuz finala vəsiqə üçün erməni əsilli Rusiya təmsilçısi Robert Bədəlyanla qarşılaşacaq.
Hüseynovdan fərqli, millimizin digər boksçuları Əli Zamanov (-52 kq), Əzrək Bəbirov (-56 kq) və Murad Allahverdiyev (-81 kq) birinciliyi beşinci yerdə bitiriblər. Onlar 1/4 finalda müvafiq olaraq, Yevgeni Jorov, Aleksey Şendrik (hər ikisi Rusiya) və Denis Şalabaya (Ukrayna) uduzublar.
Qeyd edək ki, yarımfinal döyüşləri bu gün, final qarşılaşmaları isə ayın 23-də olacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.