Bu gün Bolqarıstanın paytaxtı Sofiyada keçirilən taekvondo üzrə Avropa çempionatının ikinci yarış günündə daha iki idmançımız mübarizəyə qatılacaq.Sahibkartv.Az xəbər verir ki, kişilər arasında yarışlarda Xanoğlan Kərimov (-63 kq) və Cavad Ağayev (-68 kq) ölkəmizi təmsil edəcək.
Xanoğlan Kərimovun ilk rəqibi ukraynalı Boqdan Tikonov, Cavad Ağayevin isə rəqibi gürcüstanlı Beka Kavtaradze olacaq.
Qeyd edək ki, dünən Azərbaycanın taekvondo üzrə qadın millisinin üzvü Minayə Əkbərova (-46 kq) bürünc medal qazanıb. Bu, gənc idmançımızın böyüklər arasında keçirilən yarışlarda ilk ciddi uğurudur.




































