Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünya və Avropa çempionumuz qitə birinciliyində mübarizəyə başlayır

Baxış: 289
Rusiyanın paytaxtı Moskvada aprelin 3-dən başlayan ağırlıqqaldırma üzrə Avropa çempionatına bu gün Azərbaycan idmançıları da qatılacaq.
Sahibkartv.Az xəbər verir ki, Bolqarıstan əsilli idmançımız Boyanka Kostova (-59 kq) yarışda mübarizəyə qoşulur.
O, bu gün A qrupunda saat 17:53-dən etibarən yarışa başlayacaq. Dünya və üçqat Avropa çempionumuzun rəqibləri İne Anderson (Norveç), Dora Tşakunte (Fransa), Aleksandra Kozlova, Olqa Te (hər ikisi Rusiya), Zoe Smit (Böyük Britaniya), Konstantina Benteli (Yunanıstan), Saara Retulaynen (Finlandiya) və Mariya Qanqur (Ukrayna) olacaq. 27 yaşlı Boyanka Kostova bu qrupda ən təcrübəli idmançı sayılır.
Qeyd edək ki, Olimpiadaya lisenziya xalları verən bu yarışda aprelin 10-da daha iki idmançımız mübarizə aparacaq. Bunlar Əliş Nəzərov və Dadaş Dadaşbəylidir (hər ikisi -102 kq). Yarışa aprelin 11-də yekun vurulacaq.
Onu da bildirək ki, bu, koronavirus pandemiyası başlayandan bəri Azərbaycan atletlərinin iştirak etdiyi ilk yarışdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.