Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanlı idmançı titulunu qorumaq üçün döyüşə çıxacaq - FOTO

Baxış: 409
Azərbaycanlı MMA idmançısı Nəriman Abbasov ikinci dəfə qazandığı kəməri müdafiə etmək üçün döyüşə çıxacaq.
Sahibkartv.Az-ın xəbərinə görə, aprelin 10-da Rusiyanın paytaxtı Moskvada “AMC Fight Nights” (ötən ilin dekabrınadək təşkilatın adı “Fight Nights Global” idi – S.M.) təşkilatının yubiley – 100-cü turniri keçiriləcək.
Bu yarışda 17 döyüş baş tutacaq. Nəriman Abbasov Rusiya təmsilçisi Şamil Əmirovla qarşılaşacaq.



27 yaşlı Nəriman indiyədək keçirdiyi 28 görüşdən 25-də qalib gəlib. İdmançımız ardıcıl 10 döyüşdür ki, məğlub olmur. Dağıstanın paytaxtı Mahaçqaladan olan Şamil Əmirov isə cəmi yeddi peşəkar döyüş keçirib. O bunlardan 4-də qalib gəlib, 1-də uduzub, bir döyüşü isə heç-heçə başa çatıb. Ötən ilin sentyabrın 25-də yuxarı çəkidə Dmitri Bikryovla görüşdən sonra ona kəmər verilsə də, sonradan təşkilatçılar hakimlərin səhv etdiyini və görüşün baş tutmamış sayıldığını açıqlayıblar.
Qeyd edək ki, gecənin döyüşü yarım-orta çəkidə Dmitri Bikryovla (Rusiya) və Qoyti Dazayev (Qazaxıstan) arasında olacaq. Qalib bu kateqoriyada kəmər qazanacaq. Turnir Rusiyanın “Matç Boyets” kanalı vasitəsilə canlı yayımlanacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.