Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Elnur Məmmədlinin bacısı oğlu Azərbaycana ilk medalı qazandırdı

Baxış: 302
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan ilk medalını qazanıb. 
Sahibkartv.Az-ın əldə etdiyi xəbərə görə, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov bürünc medal üçün görüşə Rusiyanı təmsil edən Konstantin Simeonidisə qarşı çıxmalı idi. 
Lakin yunan əsilli rəqibinin zədələnməsi səbəbindən görüş baş tutmayıb və K.Hüseynov bürünc medala sahib çıxıb.  
Qeyd edək ki, Kəramət Hüseynov Olimpiya çempionu Elnur Məmmədlinin bacısı oğludur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.