11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
Bu gün UEFA Çempionlar Liqası və Avropa Liqasında cari mövsümün son püşkü atılacaq.
Sahibkartv.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində təşkil olunacaq püşkatma mərasimində əvvəlcə Çempionlar Liqasının, daha sonra Avropa Liqasında komandalar rəqiblərini tanıyacaq.
Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə Çempionlar Liqasının 1/4, 1/2 və final mərhələlərinin püşkü atılacaq. Komandalar reytinqə, ölkəsinə və eyni qrupda oynamasına görə ayrılmadığından, bu, “kor püşk” olacaq.
1/4 finalda mübarizə aparacaq komandalar: “Bayern”, “Borusiya” Dortmund (hər ikisi Almaniya), “Çelsi”, “Liverpul”, “Mançester Siti” (hər üçü İngiltərə), PSJ (Fransa), “Portu” (Portuqaliya), “Real” Madrid (İspaniya).
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 6-7-də və 13-14-də keçiriləcək. Yarımfinal qarşılaşmaları 27-28 aprel və 4-5 mayda, İstanbulda keçiriləcək final görüşü isə 29 mayda baş tutacaq.
Avropa Liqasının püşkü isə Bakı vaxtı ilə saat 16:00-da atılacaq. Burada da 1/4, yarımfinal və finalın püşkü atılacaq. Yenə “kor püşk” üsulundan istifadə olunacaq.
1/4 finalda mübarizə aparacaq komandalar: “Ayaks” (Niderland), “Arsenal”, “Mançester Yunayted” (hər ikisi İngiltərə), “Qranada”, “Vilyareal” (hər ikisi İspaniya), “Dinamo” (Xorvatiya), “Roma” (İtaliya), “Slavya” (Çexiya).
Qeyd edək ki, Avropa Liqasında 1/4 final aprelin 8-i və 15-də, yarımfinal aprelin 29-da və mayın 6-da olacaq. Final isə mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.
Bölməyə aid digər xəbərlər