Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu gün “Qarabağ” Avropa Liqasına vəsiqəni təmin edə bilər

Baxış: 54
Bu gün “Qarabağ” Avropa Liqasına vəsiqəni təmin edə bilər


Misli Premyer Liqasında 32-ci tur davam edir.

“İkinci oyun günündə daha iki matç keçiriləcək.

Həm “Qarabağ”ın, həm də “Turan Tovuz”un gümüş medal qazanmaq şansı qaldığı üçün bu komandaların oyunları eyni vaxtda start götürəcək.

“Qarabağ” öz meydanında “İmişli”ni qəbul edəcək. Hazırda Ağdam klubu 63 xalla 2-ci, İmişli təmsilçisi isə 33 xalla 9-cu pillədə qərarlaşıb. Qurban Qurbanovun komandası bu gün “İmişli”yə qalib gəlsə, sona 1 tur qalmış ikinci yeri, avtomatik Avropa Liqasına vəsiqəni təmin edəcək.

“Turan Tovuz” isə səfərdə “Şamaxı”nın qonağı olacaq. Hazırda Tovuz klubu 59 xalla 3-cü, “Şamaxı” isə 35 xalla 8-ci yerdədir. Bu komandaların ilk dövrədəki görüşündə “Turan Tovuz” 2:1 hesablı qələbə qazanıb. İkinci dövrədə Şamaxıda baş tutan matçda isə qalib müəyyənləşməyib - 0:0.

16 may

17:00. “Şamaxı” - “Turan Tovuz”

Baş hakim: Rəvan Həmzəzadə.

Şamaxı şəhər stadionu.

17:00. “Qarabağ” - “İmişli”.

Baş hakim: Emin Əliyev.

Tofiq Bəhramov adına Respublika Stadionu.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.