Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qılıncoynatma millimizin Dünya Kubokundakı yeri bilindi

Baxış: 451
Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən sablyaçılar arasında Dünya Kubokunda qadın millimiz 11-ci olub.
Sahibkartv.Az xəbər verir ki, mübarizəyə 1/16 finaldan başlayan Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Sevil Bünyatovadan ibarət komandamız qadın sablyaçıların komanda yarışında Rumıniya yığmasını 45:32 hesabı ilə məğlub edib.
Qadın sablyaçılarımız ən güclü səkkiz komanda sırasına yüksəlmək uğrunda keçirilən görüşdə turnirin reytinq favoritlərindən sayılan, finalda Polşa yığmasına 44:45 hesabı ilə məğlub olan İtaliya seçmə kollektivinə 26:45 hesabı ilə uduzub.
9-16-cı yerlər uğrunda görüşdə Almaniya yığması üzərində 45:42 hesablı qələbə qazanan komandamız növbəti görüşdə ABŞ sablyaçılarına 32:45 hesabı ilə məğlub olub. 11-ci yer uğrunda Gürcüstanın qadınlardan ibarət sablya yığması ilə qarşılaşan millimiz rəqibini 45:25 hesabı ilə məğlub edib.
Qeyd edək ki, fərdi yarışlarda milli üzvlərindən ən yaxşı nəticəni Rusiya əsilli idmançımız Anna Başta göstərib. O, 1/16 finaladək irəliləyib.
Onu da bildirək ki, kişilərdən ibarət şpaqa millimiz 19-23 martda Tatarıstanın paytaxtı Kazanda keçiriləcək Dünya Kubokunda iştirak edəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.