Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanlı MMA döyüşçüsü kəmər qazandı - FOTO/VİDEO

Baxış: 651
Azərbaycanlı MMA döyüşçüsü Mehman Məmmədov Azərbaycana kəmər qazandırıb.
Sahibkartv.Az-ın xəbərinə görə, Moldovanın paytaxtı Kişinyovda keçirilən “Eagles FC” turnirinin növbəti yarışında gecənin əsas döyüşü Mehmanla Belarus idmançısı Yevgeni Sibirski-Manko arasında olub.
Pandemiya səbəbindən dəfələrlə təxirə salınan kəmər döyüşü ən yüngül çəkidə (48-51 kq arası) baş tutub. Döyüş idmançımızın qələbəsi ilə başa çatıb. Bu, Mehman Məmmədovun peşəkar MMA yarışlarında dördüncü qələbəsi olub. Rəqibi isə karyerasının altıncı məğlubiyyəti ilə barışmalı olub.
Qeyd edək ki, son illər ölkəmizdə məşhurlaşan MMA yarışlarında Tofiq Musayev Yaponiyanın “Rizin” təşkilatının Qran Pri kəmərini və Nəriman Abbasov Rusiyanın “Fight Nights” təşkilatının kəmərini qazanıb.
    Посмотреть эту публикацию в Instagram           Публикация от MMA AZERBAIJAN (@mma_az)


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.