Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropa Liqasında “erkən final” - AFİŞA

Baxış: 413
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.
Sahibkartv.Az xəbər verir ki, gecənin ən maraqlı görüşü “Old Traford” stadionunda olacaq. İki tarixi ənənəsi olan klub – “Mançester Yunayted”lə “Milan” bu dəfə qitənin birinci dərəcəli turniri olan Çempionlar Liqasında yox, Avropa Liqasında üz-üzə gələcək. Bu üzdən bu matçı “erkən final” adlandıranlar da var. İngiltərədəki görüşdə “Milan”ın isveçli ulduzu Zlatan İbrahimoviç əzələsindəki zədə səbəbindən sabiq komandasına qarşı oynaya bilməyəcək.
Ötən mövsüm “Arsenal”ı Avropa Liqasından uzaqlaşdırmış “Olimpiakos”un bu dəfə güclü rəqibinə qarşı Pirey şəhərində hansı sürpriz hazırladığı maraq doğurur.
Avropa Liqası
1/8 final mərhələsi (ilk oyunlar)
21:55 “Slaviya” (Çexiya) – “Reyncers” (Şotlandiya)
21:55 “Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya)
21:55 “Dinamo” (Ukrayna) – “Vilyareal” (İspaniya)
21:55 “Ayaks” (Niderland) – “Yanq Boyz” (İsveçrə)
00:00 “Qranada” (İspaniya) – “Molde” (Norveç)
00:00 “Totenhem” (İngiltərə) – “Dinamo” (Xorvatiya)
00:00 “Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə)
00:00 “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 18-də keçiriləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.