Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Teymurla Şəhriyarın son iki rəqibi bilindi - FOTO

Baxış: 333
13-22 mart tarixlərində keçiriləcək şahmat üzrə Çempionlar Turunun dördüncü mərhələsində Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun daha iki rəqibinin adı məlum olub.
Sahibkartv.Az xəbər verir ki, bunlar argentinalı Alan Piçot və isveçli Nils Qrandeliusdur.
Onlar Aryan Tari (Norveç) və Maks Varmerdamın (Niderland) qatıldığı dördlü təsnifat yarışında ən çox xal yığaraq 220 min dollar mükafat fondu olan “Magnus Invitational” turnirində iştirak etmək hüququ əldə ediblər.
Qeyd edək ki, digər iştirakçılar bunlardır: Maqnus Karlsen (Norveç), Yan Nepomnyaşi, Sergey Karyakin, Daniil Dubov (hər üçü Rusiya), Aniş Qiri, Yorden van Foreest (hər ikisi Niderland), Vesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa), David Anton (İspaniya), Levon Aronyan (Ermənistan) və Əlirza Firuzca (FIDE).
Yarışa martın 13-ü Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.