Day, Month 00, Year
00: 00: 00 AM
Rusiyanın azərbaycanlı xanım çempionu: “UFC-də döyüşmək əsas arzumdur” - FOTO/VİDEO

“Anam və atam Gəncədəndirlər. Bütün qohumlarımın hamısı Gəncədədir. Sonuncu dəfə 2018-ci ilin yayında bu şəhərdə olmuşam. Ancaq mən özüm Rusiyanın Tolyatti şəhərində anadan olmuşam. Üç yaşım olanda atam Novosibirskə köçüb. Ona görə də Novosibirskdə böyümüşəm, idmanın sirlərinə də bu şəhərdə yiyələnmişəm. ”.
Bunu Oxu.Az-a Rusiyada döyüşən azərbaycanlı MMA idmançısı Zemfira Əliyeva deyib.
29 yaşlı idmançı MMA-ya necə başladığını bizə anladıb:


www.instagram.com
Узнать больше
“14 yaşımdan idmanla məşğulam. Üç il sonra boksu öyrənməyə başladım. 28 yaşdan isə qaydasız döyüşdəyəm. Hazırda beynəlxalq dərəcəli idman ustasıyam.
2019-cu ilin mayında MMA üzrə Rusiya çempionu olmuşam. Həmin ilin noyabrında isə MMA üzrə dünya çempionatında bürünc medal qazanmışam. Daha sonra karantin elan edildi və bütün yarışlar ləğv edildi”.
Z.Əliyevanın aktivində altı həvəskar MMA döyüşü var. O, bunlardan yalnız sonuncusunda – 2019-cu ilin noyabrın 14-də Bəhreynin paytaxtı Manamada keçirilmiş yarışda uduzub. İsveçli Bianka Antmana uduzan Zemfira bürünc medalla kifayətlənib. Bu onun beynəlxalq miqyasda ilk medalı olub.
Lakin artıq Zemfira peşəkar döyüşlərə keçmək niyyətindədir. Onun hədəfi isə UFC-də çıxış etməkdir:
“Bu barədə planlaşdırıram. Karantin üzündən bəzi planlar yarımçıq qaldı. Lakin UFC-də yarışmaq əsas arzumdur. Hazırda Kemerovo şəhərində Rusiya millisinin heyətində təlim-məşq toplanışındayam. Rusiya çempionatına hazırlaşıram”.
Zemfira Əliyeva həmçinin Azərbaycan adından da yarışmaq istədiyini bildirib:
“Çox istərdim ki, həvəskar MMA yarışlarında Azərbaycan millisini təmsil edim. Ancaq təəssüf ki, Azərbaycanın qadın millisi yoxdur. Yalnız peşəkar MMA yarışlarında iştirak edən Tünzalə İmanlını tanıyıram. Hətta onunla Rusiyada pankration idman növündə döyüşmüşük. Gözəl Zutovanın isə adını heç vaxt eşitməmişəm”.










Tarix: 9-03-2021, 11:10 Oxunub: 125


Bölməyə aid digər xəbərlər