Day, Month 00, Year
00: 00: 00 AM
İdmançımız “Bizon”un döyüş təklifini qəbul etdi - FOTO

Azərbaycanlı MMA döyüşçüsü Aqşin Babayev Cəsur Döyüş Federasiyası (Brave Combat Federation) ilə müqavilə bağlayıb.
Oxu.Az-ın xəbərinə görə, o, bu qurumla beş döyüşlük anlaşmaya imza atıb.




Artıq idmançımızın ilk döyüşünün qazaxıstanlı Nurcan Akişevlə olacağını ehtimal etmək olar. Belə ki, qazaxıstanlı idmançı iki il əvvəl onlar arasında döyüşün baş tutmalı olduğunu, ancaq Aqşinin başqa şirkətlə müqavilə bağlamasına görə bu görüşün keçirilmədiyini bildirib. O, indi eyni liqada olduqlarını və Aqşinlə döyüşmək istədiyini bildirib.

İdmançımızın cavabı da özünü çox gözlətməyib. O, döyüşə hazır olduğunu, təşkilatdan bu görüş üçün cavab gözlədiyini bildirib. Aqşin onu da bildirib ki, iki il əvvəl ona Akişevlə döyüşmək təklif olunmayıb.

Qeyd edək ki, “Döyüşçü” ləqəbli Aqşin Babayev indiyədək keçirdiyi 21 görüşdə qələbə qazanıb, altısında uduzub. Onun ötən ilin sentyabrın 25-də Cənubi koreyalı Ci Bum Munla döyüşü isə rəqibin qadağan olunmuş yerə zərbə vurması səbəbindən baş tutmamış hesab olunub.
“Bizon” ləqəbli 27 yaşlı Nurcan Akişev isə indiyədək 11 döyüşdə qalib gəlib, üçündə uduzub.


Tarix: 22-02-2021, 11:19 Oxunub: 135


Bölməyə aid digər xəbərlər