Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Böyük Dəbilqə”də son gün: Beş idmançımız mübarizəyə qoşulur

Baxış: 381
İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Böyük Dəbilqə” yarışı bu gün yekunlaşacaq.
Sahibkartv.Az xəbər verir ki, bu gün Azərbaycanın daha beş kişi cüdoçusu mübarizəyə başlayacaq.
Kişilər
-90 kq. Olimpiadaya lisenziyanı böyük ölçüdə təmin etmiş Məmmədəli Mehdiyev 1/16 finalda Orelyan Dyesslə (Fransa) üz-üzə gələcək.
-100 kq. Ötən ay Qətərin paytaxtı Dohada keçirilmiş “Masters” turnirində gümüş medal qazanmış Zelim Kotsoyev 1/16 finalda Boris Qeorgiyevlə (Bolqarıstan), eyni çəkidəki Elmar Qasımov isə Yoakim Dvarbi (İsveç) ilə qarşılaşacaq. Çox maraqlıdır ki, onlar B səbətindədirlər və 1/4 finalda bir-birləri ilə üzləşə bilərlər.
+100 kq. Uşanqi Kokauri Yur Spiykersin (Niderland), Camal Feyziyev isə meydan sahibi Serafim Kompanyezin (İsrail) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan təmsilçilərindən Davud Məmmədsoy (60 kq) qızıl medal qazanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.