Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Olimpiadaya lisenziya verən Dünya Kuboku təxirə salındı

Baxış: 343
10-13 mart tarixlərində Qətərin paytaxtı Dohada keçirilməli olan idman gimnastikası üzrə Dünya Kuboku yarışı təxirə salınıb.
Sahibkartv.Az xəbər verir ki, təxirə salmaya səbəb koronavirus pandemiyasıdır. Olimpiadaya lisenziya verməli olan yarışın yeni tarixi tezliklə açıqlanacaq.
Qeyd edək ki, yanvarın sonlarında 4-7 mart tarixlərində Bakıda keçirilməli olan idman gimnastikası üzrə Dünya Kuboku ləğv olunmuşdu. Ləğvə səbəb Azərbaycanda qapalı zalda idman yarışlarının keçirilməsinə qoyulan qadağa idi.
Onu da bildirək ki, Azərbaycan idman gimnastikasında iki idmançı ilə Tokio Yay Olimpiya Oyunlarında iştirakını rəsmiləşdirib. Bunlar rusiyalı legionerlərimiz – İvan Tixonov və Marina Nekrasovadır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.