Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Neftçi” türk əsilli hücumçunu transfer etdi - VİDEO

Baxış: 349
“Neftçi” hücumçu transferini rəsmiləşdirib. 
Klubun rəsmi saytının məlumatına görə, türk əsilli bolqarıstanlı futbolçu Ahmed Ahmedovla mövsümün sonunadək müqavilə imzalanıb. 
Bolqarıstanın ÇSKA (Sofiya) klubuna (2020-2021; 17 oyun, 1 qol) məxsus olan 25 yaşlı futbolçu icarə əsasında “Neftçi”nin heyətində çıxış edəcək.
Ahmed Ahmedov Bolqarıstanın “Çernomorets” (2013-2014), “Neftoximik” (2014-2015; 18 oyun, 2 qol), “Pomorie” (2015-2018; 85 oyun, 25 qol), “Dunav Ruse” (2018-2020; 49 oyun, 14 qol) klublarında çıxış edib.
A.Ahmedov “Neftçi”də oynayacağı üçün xoşbəxt olduğunu, klubun uğurları üçün əlindən gələni edəcəyini deyib. O,  mövsümün sonunda “Neftçi” ilə çempionluq əldə edəcəyinə inandığını qeyd edib.
Bolqarıstanlı futbolçu hazırda sənədləşmə işlərinin aparıldığını bildirib və gələn həftə Bakıya gələcəyini bildirib. 


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.